Proqram Sistemlərində Kiberinsidentlərin Rəqəmsal Kriminalistikası və Ekspertizası
Abstract
Proqram sistemlərində kiberinsidentlərin rəqəmsal kriminalistikası hücum vaxtlarını yenidən qurmaq, təhdid aktorlarını və əsas səbəblərini müəyyən etmək üçün tətbiqlərdən, qeydlərdən və loq fayllardan rəqəmsal sübutların müəyyən edilməsini, əldə edilməsini, qorunmasını və təhlilini əhatə edir. Məqalədə proqram sistemlərində kiberinsidentlərin rəqəmsal kriminalistikası, onun növləri və aspektləri, bu sahədə görülmüş işlər, rəqəmsal ekspertizanın məqsədi və mərhələləri, istifadə olunan metodlar tədqiq edilmişdir. Aparılan tədqiqat nəticəsində proqram sistemlərində kiberinsidentlərin rəqəmsal ekspertizası sahəsində əsas problemlər müəyyənləşdirilmişdir.