Skip to content
Open access

Rəqəmsal Kriminalistika Sahəsində Elmi-Texnoloji Problemlərin Cari Vəziyyətinin Tədqiqi və Müqayisəli Analizi

Aug 2026 · “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı · 0 citations

Abstract

Məqalədə rəqəmsal kriminalistika sahəsinin nəzəri əsasları, metodoloji çərçivələri və müasir texnoloji inkişaf istiqamətləri sistemli şəkildə təhlil olunur. Tədqiqat çərçivəsində böyük həcmli verilənlərin emalı, bulud və IoT mühitlərində kriminalistika, eləcə də rəqəmsal sübutların hüquqi qəbul olunması ilə bağlı əsas problemlər araşdırılmışdır. Ənənəvi kriminalistika metodları ilə süni intellekt, blokçeyn və paylanmış sistemlərə əsaslanan müasir yanaşmaların müqayisəli analizi aparılmışdır. Nəticələr texnoloji effektivlik ilə kriminalistik tələblərə uyğunluq arasında mövcud ziddiyyəti göstərir. Eyni zamanda beynəlxalq standartların və milli qanunvericilikdəki yeniliklərin rolu vurğulanır, gələcək tədqiqat istiqamətləri müəyyən edilir.

Read PDF

We use cookies to run the site and, with your consent, for analytics and to show ads. See our Cookie Policy.