Elektron Sübutların Cinayət Prosesində Hüquqi Statusu və Kiberhücumların İstintaqında Tətbiqi
Abstract
Məqalədə Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə 2026-cı ildə edilmiş dəyişikliklər fonunda elektron sübutların hüquqi statusu, onların növləri, əldə olunması və məhkəmədə istifadəsinin əsas şərtləri təhlil olunur. Xüsusilə Cinayət-Prosessual Məcəllənin 124.2.3-1-ci maddəsi ilə elektron formada sübutların ayrıca sübut növü kimi təsbit edilməsi, 133-1– 133-3-cü maddələrdə elektron verilənlər, onların sübut kimi qəbul olunması və mühafizəsi ilə bağlı yeni yanaşmalar araşdırılır. Məqalədə həmçinin kiberhücumların istintaqından götürülmüş praktik nümunələr əsasında gecikmə, loq-faylların silinməsi, transsərhəd əməkdaşlıq və sübutların saxlanma-ötürülmə zəncirinin qorunması kimi problemlər göstərilir.