Süni İntellekt Əsaslı Kiberhücumların Cinayət Məsuliyyətinin Müəyyənləşdirilməsi Problemləri
Abstract
İnformasiya-kommunikasiya sistemlərinin meydana gəlməsi və geniş yayılması zamanla həmin sistemlərdən cinayətkar məqsədlərlə istifadə edilməsinə səbəb olmuşdur. Bu gün süni intellekt texnologiyalarının insan həyatının müxtəlif sahələrində tətbiqi müsbət dəyişikliklərə səbəb olsa da, bəzi şəxslər bu texnologiyalardan qeyri-qanuni əməllərin törədilməsi üçün vasitə kimi istifadə edirlər. Məqalədə süni intellekt texnologiyalarından qanunsuz məqsədlərlə istifadə olunmasına, eləcə də belə texnologiyalara əsaslanan kiberhücumların törədilməsinə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi problemləri araşdırılır.