Mətnlərin Müəlliflərə Görə Klasterləşdirilməsində Dərin Öyrənmə Modellərinin Tətbiqi
Abstract
Son illərdə kibercinayətkarlar anonimliyi qorumaq məqsədilə e-poçtlar, sosial media və digər onlayn mühitlərdə mətn əsaslı ünsiyyət vasitələrindən geniş istifadə edirlər. Bu səbəbdən mətn müəllifinin müəyyən edilməsi, xüsusilə onların klasterləşdirilməsi, mühüm tədqiqat problemlərindən biridir. Tədqiqat işində dərin klasterləşdirmə modelləri müəllif klasterləşdirmə probleminə tətbiq edilmiş, onların bu sahədəki effektivliyi təhlil edilmişdir. Əldə edilən nəticələr dərin klasterləşdirmə modelləri müəllif klasterləşdirmə probleminin həllində perspektivli istiqamət olduğunu göstərir və rəqəmsal kriminalistika sahəsində praktik tətbiq potensialına malik olduğunu göstərir.