Rəqəmsal Dövlət Platformasında Rəqəmsal Vərəsəlik: Hüquqi Tənzimləmə və Texnoloji Çağırışlar
Abstract
Məqalədə rəqəmsal dövlət platformalarında rəqəmsal vərəsəlik institutunun formalaşması məsələləri tədqiq edilmişdir. Tədqiqat çərçivəsində rəqəmsal aktivlərin hüquqi təbiəti analiz olunmuş, onların maddi əmlakdan fərqli spesifik xüsusiyyətləri və hüquqi təsnifatı şərh edilmişdir. Rəqəmsal vərəsəliyin tənzimlənməsi sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilmişdir. Həmçinin blokçeyn, Oracle və smart-müqavilələr kimi texnoloji vasitələrin vərəsəlik prosesinin avtomatlaşdırılmasındakı rolu araşdırılmışdır. Nəticə etibarilə rəqəmsal irsin idarə olunması ilə bağlı beynəlxalq təcrübədə rast gəlinən hüquqi ziddiyyətləri, etik problemləri və aktivlərin iqtisadi volatillik risklərini vahid texnoloji protokol daxilində (hüquqidinamik kodlaşdırma, semantik filtrasiya və sürətli icra) həlli mexanizmi təklif edilmişdir.