Ali Hərbi Təhsil Sistemində Kibertəhlükəsizlik üzrə Təhsil və İnnovasiya
Abstract
Məqalədə ali hərbi təhsil sistemində kibertəhlükəsizlik üzrə təhsilin müasir vəziyyəti, nəzəri əsasları və inkişaf istiqamətləri təhlil olunur. Kibertəhlükəsizliyin müasir hərbi təhlükəsizlik mühitində strateji rolu əsaslandırılır və bu sahədə kadr hazırlığının əhəmiyyəti vurğulanır. Beynəlxalq təcrübə, xüsusilə NATO və digər qabaqcıl ölkələrin modelləri nəzərdən keçirilir. Təhsildə innovativ yanaşmalar – simulyasiya mühitləri, süni intellekt, adaptiv təlim sistemləri və oyun əsaslı metodlar ətraflı təhlil olunur. Eyni zamanda, Azərbaycan ali hərbi təhsil sistemində mövcud vəziyyət, problemlər və çağırışlar müəyyənləşdirilir. Məqalədə kibertəhlükəsizlik üzrə təhsilin təkmilləşdirilməsi üçün praktik və elmi əsaslandırılmış təkliflər irəli sürülür və bu istiqamətin milli təhlükəsizlik baxımından əhəmiyyəti göstərilir.