İnsayder Təhdidlərini Aşkarlamaq üçün Süni İntellekt Metodlarının Analizi
Abstract
Kibertəhlükəsizlik sahəsində ən təhlükəli hücumlar çox vaxt xarici hücumçulardan deyil, sistem daxilində etibarlı istifadəçilərdən qaynaqlanan insayder təhdidləridir. Bu hücumlar istifadəçilərin sistem resurslarına icazəli çıxış imkanlarına malik olması səbəbindən təhlükəsizlik mexanizmlərindən asanlıqla yan keçə bilir və aşkarlanması çətin olur. Məqalədə insayder təhdidlərinin aşkarlanması və qarşısının alınması sahəsində mövcud yanaşmalar təhlil edilmişdir. Xüsusilə istifadəçi davranışının analizi, əlamətlərin seçilməsi, maşın təlimi və dərin təlim metodlarının tətbiqi geniş şəkildə araşdırılmışdır, insayder hücumlarının növləri və onların qarşıdurma mexanizmləri təhlil edilmişdir. İşdə həmçinin mövcud problemlər, açıq tədqiqat məsələləri və gələcək inkişaf perspektivləri müəyyən edilərək təkliflər verilmişdir.