Əşyaların İnternetinin Kibertəhlükəsizliyinin Təmin Edilməsi Metodlarının Tədqiqi və Analizi
Abstract
Məqalədə Əşyaların İnterneti əsaslı sistemlərin kibertəhlükəsizliyinin təmin olunması problemləri tədqiq edilib, mövcud təhlükəsizlik standartları araşdırılıb. İoT-un çoxlaylı arxitekturası (qavrayış, şəbəkə və tətbiq layları) üzrə əsas komponentləri təhlil olunub, hər bir layda yarana bilən təhlükəsizlik təhdidləri, riskləri və zəiflikləri sistemli şəkildə analiz edilərək ümumiləşdirilib. İoT mühitində reallaşa bilən kiber hücumların taksonomiyası işlənib və onların xüsusiyyətləri müqayisəli şəkildə qiymətləndirilib. Mövzu üzrə mövcud elmitədqiqat işlərinin müasir vəziyyəti təhlil edilərək bu sahədəki əsas problemlər və boşluqlar müəyyən olunub, İoT sistemlərinin kiber təhlükəsizliyinin təmin olunması üçün aktual problemlər və açıq məsələlər müəyyən olunub.