Skip to content
Open access

Rəqəmsal Dövlət Mühitində İnzibati İdarəetmə Sistemlərinə Yönəlmiş Kibertəhlükəsizlik Təhdidlərinin Analizi

Aug 2026 · “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı · 0 citations

Abstract

Müxtəlif informasiya sistemlərindən, sensor mənbələrdən, dövlət reyestrlərindən və rəqəmsal platformalardan daxil olan məlumatların həcminin artması həm təhlil üçün yeni imkanlar yaradır, həm də yeni kibertəhlükələrin meydana çıxmasına səbəb olur. Müasir kibertəhdidlər yüksək mürəkkəblik, gizlilik və adaptivlik səviyyəsi ilə xarakterizə olunur. Bu isə onların vaxtında aşkarlanması üçün məlumatların intellektual analizi metodlarından istifadəni tələb edir. Məqalədə çoxölçülü məlumatların analizi və rəqəmsal dövlətin inzibati idarəetmə sistemlərinə yönəlmiş kibertəhlükəsizlik təhdidlərinin aşkar edilməsi məqsədilə OLAP texnologiyalarının neyron şəbəkələri ilə inteqrasiya olunmuş şəkildə istifadəsinin potensialı araşdırılır.

Read PDF

We use cookies to run the site and, with your consent, for analytics and to show ads. See our Cookie Policy.